“Leyboristlər” partiyasının rəhbəri Şalva Natelaşvili, bu gün Dmanisidə baş vermiş qarşıdurma ilə bağlı Gürcüstanın güc strukturlarına müraciət edib.
Yenicag.az xəbər verir ki, bu barədə Natelaşvili sosial media hesabında qeyd edib.
“Leyboristlər partiyası olaraq hüquq mühafizə orqanlarına Dmanisidə baş vermiş hadisənin təcili şəkildə öyrənilməsi barəsində müraciət edirik. Gürcü-Azərbaycan dostluğunun zərər görməməsi üçün, hadisəni törədən bütün şəxslər sərt şəkildə cəzalandırılmalıdır. Hesab edirik ki, bu cür kirminal hallar gürcü-azərbaycanlı dostluğunu dalana dirəyə bilməz. Leyboristlər partiyası istintaqın gedişinə mütləq nəzarət edəcəck”, – deyə Ş. Natelaşvili bildirib.
Xatırladaq ki, bu gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerli azərbaycanlılara məxsus “Ömər” marketə kütləvi hücum olunub.