Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Natəvan Hacıyeva vəfat etdi

Azərbaycan televiziyasının tanınmış diktoru, respublikanın əməkdar artisti Natəvan Hacıyeva dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aparıcının iki gündür ki, vəziyyəti pisləşib. O, bu gün həyatını itirib.

N.Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.

N.Hacıyeva ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü sayırdı. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.

Allah rəhmət eləsin!

www.yenicag.az

2970