Natiq Cəfərli bu partiyanın sədri seçildi

Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri seçilib.

Bu barədə Yenicag.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, partiya Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.

Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.

Qeyd edək ki, ReAL Partiyasının sədri İlqar Məmmədov ümumiyyətlə siyasətdən getdiyini elan edib.

COP29