!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Natiq Cəfərli qalib elan olunan YAP-çı rəqibi haqda: “Heç kim tanımır…”

!Reklam – Yazi

Rəqibləri 12 saylı Qardağ-Binəqədi-Yasamal Seçki Dairəsindən qalib elan edilmiş namizədi tanımırlar.

Yenicag.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) 9 fevral növbədənkənar parlament seçkilərində 12 saylı Qardağ-Binəqədi-Yasamal Seçki Dairəsindən qalib elan etdiyi namizəd Səbinə Xasıyevanın personası maraq obyektinə çevrilib.

İnternet resurslarında barəsində hər hansı məlumata rast gəlinməyən 26 yaşlı Xasıyevanın kifayət qədər güclü rəqiblərə “qalib gəlməsi” xeyli suallar yaradıb.

Qalib elan olunmuş tanınmayan rəqibinin kimliyi haqda Yenicag.az-a danışan 12-ci dairədən deputatlığa namizəd olmuş ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, Xasıyevanın qələbəsində “pərdəarxası məqamlar” rol oynayıb:

“Açığı, nə mən, nə digər namizədlər, nə də seçicilər o adamı görməmişik, tanımırıq. Bildiyimiz budur ki, o, YAP-ın namizədidir, son bələdiyyə seçkilərindən sonra ərazidəki bələdiyyə sədrinin müavini təyin olunub. Vəssalam. Onun barəsində bundan artıq heç nə məlum deyil.

Heç kəsin tanımadığı birinin “qalib” elan olunması əlbəttə ki, saxtakarlıq nəticəsində mümkün olub. An caq biz bu nəticələri qəbul etmirik, artıq şikayətimiz hazırlanır və təqdim olunacaq. Bu işi Avropa İnsan Haqları Məhkəməsinə qədər daşıyacağıq”.

Aqil Bəkir

www.yenicag.az

1236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv