!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Natiq Əliyev anons verdi: Neft bahalaşacaq

!Reklam – Yazi

cf2f0291-ea9c-4ddd-b62d-b074f2263baa“Dünyada neftin qiymətinin aşağı səviyyədə olması uzun müddət davam edə bilməz”.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində bu gün “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda keçirilən paneldə deyib. N.Əliyev bildirib ki, neftin qiyməti neft istehsal edən ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.

Nazir deyib ki, hazırda neftin qiymətlərinin 4 dəfə aşağı düşməsi neft hasil edən ölkələr üçün yaxşı hal deyil. Onun sözlərinə görə, qiymətlərin çox yüksək olması da digər ölkələr üçün yaxşı hal deyil: “Hər tərəf üçün məqbul qiymətin olmasını istəyirik. Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrin neft istehsalı ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir. Bu da son nəticədə neft hasilatını azaldır. Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri tədricən artacaq. Müvafiq bir qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun. Neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsinlər”.

“Cənub qaz dəhlizi” layihəsindən də danışan nazir deyib ki, bu Avropa üçün yeni enerji mənbəyi olacaq. N.Əliyev bildirib ki, Avropanın enerji təhlükəsizliyi vacib məsələdir: “Nabucco layihəsi iflasa uğradı, ona görə də Avropa Xəzər regionunu Avropaya enerji resursları çatdıracaq bir mənbə kimi gördü”.

N.Əliyev bildirib ki, Xəzər regionunda, o cümlədən Azərbaycanda böyük qaz ehtiyatları var: “Azərbaycanın 2,5 trilyon kubmetr qaz ehtiyatları var. Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu nəhəng layihədir. Bu layihə ilə bağlı indiyə qədər Xəzər regionunda istifadə edilməyən texnologiyalardan istifadə ediləcək. Meşələrdən, mürəkkəb ərazilərdən keçəcək kəmər çəkiləcək. Bu kəmər Gürcüstan, Türkiyə, Albaniya və digər ölkələrdən, dağlıq ərazilərdən və dənizdən keçəcək, sonda İtaliyaya çatacaq. Bu, Avropa üçün yeni mənbə olacaq, ona görə də Avropa üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi gələcəkdə Türkmənistan, İran və İraq qazını da Avropaya çatdıra bilər. Ona görə də bu, çox mühüm layihədir”.

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv