Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.
Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) APA-ya verilən məlumata görə, N. Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.
Qeyd edək ki, N. Əliyevin ürəyində problemlər yaranıb və o, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.