!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Natiq Fərzəliyev: “Arif Quliyevin məzarını görəndə pərt oldum” - FOTOLAR

!Reklam – Yazi

“Dünən xalq artisti, əziiz dostumuz Arif Quliyevin ölümündən 40 gün ötdü. Dostlarla bərabər 40 mərasimində onun məzarını ziyarət etdik. Arifin məzarının üstünün götürülməməsi məni çox kədərləndirdi”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.

Aktyor Arif Quliyevin qəbirüstü daşının hazırlanmadığını görüb pərt olduğunu bildirib. O, digər sənət dostlarının da ağır itkisindən də danışıb:

“Hamısı bir göz qırpımında getdilər. Arif Quliyev, Ramiz Əzizbəyli və digər böyük sənətkarlarımız. Amma heç biri unudulmayacaq. Şəxsi problemlərimə görə Arifin dəfninə gedə bilməmişdim, amma doğum günündə gedib qəbrini ziyarət etdim. Dünən də 40 mərasimi idi, dostlarla məzarı üstə getdik. Hələ də onun məzar daşı hazırlanmayıb. Bunu görüb çox pərt oldum. Düşündük ki, yəqin ailəsinin maddi imkanı çatmadığı üçün məzarını düzəltdirə bilməyiblər. Bilmirəm, bəlkə də Mədəniyyət Nazirliyi bu missiyanı üzərinə götürəcək. Amma əgər nazirlik tərəfindən də alınmasa, dostları olaraq onun qəbirüstünün hazırlanmasını öz üzərimizə götürməyə hazırıq”.

Cəvahir

www.yenicag.az

1409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv