!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Natiq Nəbili seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

!Reklam – Yazi

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbili seçicilərlə görüşlərini davam etdirir.

Yenicag.az xəbər verir ki, Natiq Nəbili bu dəfə Siyəzənin Böyük Həmyə və Göyçə kəndlərindən olan seçicilərlə görüşüb.

Seçiciləri öz platforması ilə tanış edən Natiq Nəbili qeyd edib ki, 9 fevrala təyin edilmiş növbədənkənar parlament seçkiləri ölkədə aparılan islahatlara dəstək xarkaterlidir:

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsində əsas məqsəd xalq iradəsinin ölkədə həyata keçirilən islahatlarda öz əksini tapmasından ibarətdir. Mən də xalqımız, millətimiz, sizin üçün bir şeylər edə biləcəyimi düşündüm və bu dairədən namizədliyimi irəli sürdüm.

Mən sizə bir söz və ya vəd vermirəm ki, seçiləndən sonra hansı işləri görəcəm falan. Xeyr. Mən sizə ümid verirəm. Ümid verirəm ki, seçin və seçiminizin nəticəsini özünüz görəcəksiniz!”

Seçicilərlə görüşdən sonra Natiq Nəbili kəndləri gəzib və sakinlərin problemləri ilə maraqlanıb.

Məlumat üçün bildirək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbilinin seçki qərargahı Heydər Əliyev prospektində yerləşir. Seçicilər günün istənilən vaxtı seçki qərargahına müraciət edə bilərlər.

www.yenicag.az

5582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv