“NATO ABŞ-ni sağmaq üçün uydurulmuş çox gözəl ideyadır” – Vitse-prezidentliyə namizəd

“Rusiyadan gələn təhdid real olsa belə, ABŞ Aİ-ni qorumağa borclu deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri Donald Tramp administrasiyasında ABŞ-nin vitse-prezidentliyinə namizəd Ceyms Devid Vins deyib.

“ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisin administrasiyası deyir ki, əgər biz Putini Ukraynada dayandırmasaq, o, Almaniyaya qədər yürüş edəcək. Birincisi, bu doğru deyil, ikincisi, belədirsə, bəs onda Almaniyanın özü nəyə lazımdır? Onlar dünyanın dördüncü və ya beşinci ən böyük iqtisadiyyatıdırlar və əgər onlar Rusiyanın işğalını dəf edə bilmirlərsə, bu o demək deyil ki, Amerika Almaniyanın mühafizəçisi rolunu oynamalıdır, yox, bu o deməkdir ki, almanlar yola düşməlidirlər. Onlar öz müdafiələrinə sərmayə qoymalıdırlar, əllərini ciblərinə atmalıdırlar, bir tərəfdən, Rusiyanı təhdid elan edib, Orta Asiya vasitəsilə Rusiya ilə ticarətə davam etməməlidirlər”, – deyə o söyləyib.
C. D. Vinsə görə, əgər Amerika olmadan Rusiya Avropanın içlərinə doğru hərəkət edə biləcəksə, onda NATO necə kollevtiv müdafiə təşkilatı oldu?

“Əksinə, NATO ABŞ-ni sağmaq üçün uydurulmuş çox gözəl ideyadır, amma bu ideya əsasən avropalılar üçün əladır. Amerika vergi ödəyicələrinin cibinə girərək kimisə qorumaq dövrü bitdi. Hər kəs əlini cibinə atacaq, hər kəs müdafiəsi üçün xərcləyəcək. Rusiya bizdən çox Avropa üçün təhdiddirsə, bunun ən böyük yükünü Avropa özü çəkməlidir. Avropa liderləri, bir tərəfdən, Amerikanı tənqid edirlər, Amerikaya hər söz deyirlər, digər tərəfdən, Amerikanı Rusiya ilə savaşa çəkmək və daha çox müdafiələrinə yardım istəyirlər, bu işlər belə olmayacaq”.

Rafi Müslümov

COP29