NATO Baş katibi dünya ölkələrini Ukraynaya əlavə hərbi yardım göstərməyə çağırdı

NATO-nun Baş katibi Yens Stoltenberq dünya ölkələrinə çağırış edib.

Yenicag.az xəbər verir ki, bu barədə o, Norveçdə keçilən biznes konfranda danışıb.

Y.Stoltenberq söyləyib ki, Ukraynaya əlavə hərbi yardım göstərilməlidir: “Sülhə gedən yol silahdan keçir”.

Qeyd edək ki, Alyansın Baş katibi daha əvvəl bildirmişdi ki, Ukraynaya silah tədarükünün artırılması nəticəsində müharibəyə son qoymaq olar.