NATO Baş katibinin nümayəndəsi Ermənistanda səfərdədir

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistanda səfərdədir.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.

X.Kolomina səfər çərçivəsində Ermənistan XİN başçısının müavini Vahe Gevorqyanla görüşüb.

Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Laçın yolundakı durumu müzakirə ediblər./Report/