NATO-da CASUS QALMAQALI: Rusiya nümayəndələri alyansdan qovulur

NATO-da fəaliyyət göstərən Rusiya nümayəndəliyinin bir neçə əməkdaşı casusluqda ittiham olunur.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, NATO təmsilçiləri Rusiyanın alyansdakı nümayəndəliyinin bir neçə əməkdaşının “düşmən fəaliyyəti” ilə məşğul olduğunu bildiriblər.

Məlumata görə, aparılan araşdırma nəticəsində 8 Rusiya nümayəndəsi casusluqda şübhəli bilinib və onların Brüsseldən çıxarılması qərara alınıb. Bundan başqa, Rusiyanın NATO-dakı nümayəndəliyində iki vəzifənin ləğv edilməsi nəzərdə tutulur.

Bu məlumata hələlik NATO və Rusiya tərəfindən hər hansı şərh verilməyib.