NATO da ofisini Kiyevdən köçürür

NATO-nun Ukraynadakı ofisi Kiyevdən köçürülür.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ofisin müvəqqəti olaraq bağlanmasına qərar verilib.

NATO ofisinin əməkdaşları Brüssel və Lvova köçürüləcəklər.

Qeyd edək ki, daha öncə də bir çox ölkə Ukraynadakı səfirliklərini Lvova köçürmüşdülər.