NATO-dan Rusiyaya qarşı gözlənilmız həmlə

NATO-nun baş katibi Stoltenberq 7 rus diplomatın akkreditasiyasının ləğv olunduğunu açıqlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, baş katib Rusiyanın davranışlarının qarşılığı və nəticələri olacağını açıqlayıb. Stoltenberqin sözlərinə görə, ittifaq 7 diplomatın akkreditasiyasını ləğv edib və daha 3 diplomata isə rədd cavabı verilib. NATO-nun bu addımı “agent böhranı”nı daha da dərinləşdirib.

Qeyd edək ki, Skripalın öldürülməsi hadisəsindən sonra ABŞ 60, İngiltərə 23, Kanada, Fransa, Almaniya, Polşa 4, Avstraliya, Hollandiya, İspaniya, İtaliya, Albaniya 2, Çexiya 3, Makedoniya, Macarıstan, Xorvatiya, İsveç, Rumıniya isə 1 rus diplomatı deportasiya edib.