NATO-dan tərəddüdlü MÖVQE: “Polşaya düşən raketlərin Ukrayna hərbçiləri tərəfindən atılması…”

“Rusiyanın NATO ərazisinə məqsədli hücum hazırladığını təsdiqləyən əlamət yoxdur”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Polşa ərazisində ötən gün baş verən partlayışlar haqda danışan NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, qeydə alınan partlayışlarla əlaqədar təhqiqat davam etdirilir:

“Polşadakı dünənki partlayışlar Rusiyanın Ukraynaya intensiv raket hücumları fonunda baş verib. Bu insidentlə bağlı təhqiqat davam etdirilir və biz onun nəticələrini gözləməliyik.

Lakin Rusiyanın NATO ərazisinə məqsədli hücum hazırladığını təsdiqləyən hər hansə bir əlamət yoxdur. Böyük ehtiamlla, bu partlayışlar Ukrayna hərbçilərinin Rusiya raketlərini zərərsizləşdirmələri çərçivəsində baş verib. Ancaq burada Ukraynanın heç bir günahı yoxdur”.