Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunuı NATO-nun baş katibi Yens Stoltenberq açıqlamasında deyib:
“NATO Ankaranın hərbi möhkəmləndirmələr apardığı İdlibdəki vəziyyətdən asılı olmayaraq Türkiyəyə, xüsusən hava hücumundan müdafiə sahəsində dəstək verir. Türkiyə NATO-nun üzvüdür və NATO Türkiyədədir”.
Rusiyanın Türkiyədəki səfirliyi isə sosial şəbəkə hesabında foto paylaşıb və ABŞ-ın YPG-yə göndərildiyi silahların sayını qeyd edərək “Bunu sənə buraxırıq” sözlərini Türkiyəyə ünvanlayıb.
Fotoda ABŞ Dövlət katibi Mayk Pompeonun bu sözləri də yer alıb: “Türkiyənin yanındayıq”.
Türkiyə Silahlı Qüvvələri 5 türk əsgərin şəhid esilməsinə cavab olaraq Suriya ordusunun 115 hədəfinə hava zərbələri endirib. Zərbələr nəticəsində 101 Suriya əsgəri zərərsizləşdirilib, 3 tankı, 2 HHM sistemi və 1 helikopterı də məhv edilib.