NATO-dan Ukraynaya QƏTİ DƏSTƏK: “Rusiyanın təcavüzündən qoruyacağıq”

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi alyansın Ukraynaya yönəlik birmənalı dəstəyini ifadə edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit alyansın Ukraynanı hərbi təcavüzdən qorumaqda qətiyyətli olduğunu bəyan edib.

Eyni zamanda, o, NATO-nun Rusiya ilə dialoqdan çəkinmədiyini vurğulayıb:

“Rusiyalı nümayəndələrlə danışıqların gedişində müttəfiqlər qeyd ediblər ki, NATO indi də ikitərəli dialoqa yanaşmamıza və çəkindiricilik amillərinə sadiqdir”.