NATO-dan Ukrayniyaya böyük jest

72150NATO-nun qapıları Ukrayna üçün açıqdır.

Bunu NATO baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasinin 60-ci plenar sessiyasinda çıxışı zamanı deyib. ”Açıq qapı” hələ də açıqdır, Ukraynanın tələblərinə cavab verən qərar hələ də qalır. Lakin Ukrayna bloklara qoşulmayan ölkə olduğundan üzvlük üçün müraciət etməyib” – Yens Stoltenberq belə deyib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə litvalı həmkarı ilə birgə mətbuat konfransinda deyib ki, Ukraynanın NATO-ya qoşulub-qoşulmayacağına referendum yolu ilə qərar veriləcək.

“Biz Ukraynanın NATO-nun tələblərinə cavab verəcəyi meyarlar üzərində işləyirik və yalnız onlara nail olduqdan sonra Ukrayna xalqI referendum yolu ilə öz qərarını verəcək” – Pyotr Poroşenko belə deyib.

(anspress.com)