NATO-dan vacib Türkiyə açıqlaması – “Ərdoğanla görüşəcəyik”

NATO Baş katibi Yens Stoltenberq Türkiyənin “Barış Pınarı” hərəkatı ilə bağlı açıqlama verib. 

Yenicag.az xəbər verir ki, Baş katib Türkiyəyə etimad etdiklərini söyləyib.

“Türkiyənin təhlükəsizlik məsələləri ilə bağlı qayğıları var. Fəaliyyətlərinin müənasib və lazımi ölçüdə olacağına inanıram” – deyə, Stoltenberq bildirib.

İtaliyanın paytaxtı Romada Baş nazir Cuzeppe Konte ilə görüşünün ardından açıqlama verən Stoltenberq, Türkiyənin əməliyyatlara başlaması barədə NATO-ya məlumat verdiyini də qeyd edib.

Stoltenberq həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə cümə günü görüşəcəyini də qeyd edib. Baş katibin Türkiyəyə səfəri planlaşdırılıb.

Həşim Səhrablı