!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO desantı quma batdı

!Reklam – Yazi

114711_res_01NATO-nun son 13 ildə Atlantik okeanında və Aralıq dənizinin qərb sahilində – İspaniya, İtaliya və Portuqaliya ərazisində başlayan ən irimiqyaslı hərbi təlimlərində maraqlı insident baş verib.

“Trident Junctu” təlimlərinin dəniz hissəsi Portuqaliyanın Qrandola şəhərinin ətrafında çimərliyə desant çıxarılması ilə başlayıb.

Lakin hərbçilər şərti düşmənlə “döyüşə” girməyə imkan tapmamış quma batıblar.

Observador saytında yer alan videokadrlardan görünür ki, üzərində “US Navy” yazılmış iki amfibiya-gəmi vertolyotların havadan dəstəyi ilə sahilə yan alır. Bu zaman dəniz piyadaları bütün sahilboyu perimetri nəzarətdə saxlayır. Gəmilərin trapları açılır və göyərtədəki “Hammer” zirehli maşınları bir-birinin ardınca sahilə çıxır.

Lakin maşınlar çimərliyə çıxan kimi quma ilişib qalırlar. Dəniz piyadaları maşınlardan düşərək “Hammer”ləri itələyir və qumdan çıxarmağa çalışır.

Buna baxmayaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin polkovniki, təlimləri idarə edən Erik Hamstra kefini pozmayıb və deyib ki, indi dəniz piyadaları bu təlim sayəsində daha bir təcrübə qazandılar – quma batan maşınları necə çıxarmağı öyrəndilər.

Polkovnik desant əməliyyatının “əla keçdiyini” deyib(virtualaz).

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv