NATO əsgərlərinə qəfil hücum – 2 əsgər həyatını itirdi

150826072349_afganistan_saldiri_624x351_ap_nocreditƏfqanıstanda NATO əsgərlərinə silahlı hücum həyata keçirlib.

Yenicag.az xəbər verir ki, Əfqansıtan əsgərlərinə məxsus hərbi geyimdə olan 2 şəxs qəfildən NATO əsgərlərini daşıyan avtomobilə atəş açıb. Silahlı hücum zamanı 2 NATO əsgəri həyatını itirib.

Hücumu həyata keçirən 2 şəxs də cavab atəşi ilə məhv edilib.

Hücumu hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.