NATO missiyasının tərkibinə daxil olan İspaniya Hərbi Hava Qüvvələrinin “Eurofighter” qırıcısı səhvə yol verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qırıcı səhvən Estoniyanın hava məkanında “hava-hava” sinfindən olan “AMRAAM” döyüş raketini buraxıb.
Raketin uçuş trayektoriyası, statusu və mövqeyi məlum deyil. Hadisə yerli vaxtla 15:44-də baş verib.