NATO hərbi baxımdan Rusiyadan daha güclüdür.
Yenicag.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.
“NATO dünyada ən böyük hərbi qüvvədir və dünyanın hərbi gücünün təqribən yarısını təşkil edir. Hərbi baxımdan biz Rusiyadan güclüyük”, – o deyib.
Bundan başqa, Stoltenberq Ukraynadakı münaqişə ilə əlaqədar olaraq NATO-nun öz hərbi ehtiyatlarını sərf etdiyini bildirib.
“Bu səbəbdən biz təcili olaraq istehsalı artırırıq”, – o qeyd edib.