NATO hərbi konvoyuna bombalı hücum – Ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə NATO əsgərlərini daşıyan konvoya qarşı bombalı hücum həyata keçirilib.

Yeniçağ.az xarici mediaya istinadən xəbər verir ki, hücum bu gün səhər saatlarında “canlı bomba”nın iştirakı ilə baş verib. Terror aktı nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hücuma məruz qalan maşınların hansı ölkəyə məxsus olduğu məlum deyil.

Hadisəyə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Yeniçağ.az