NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma ANONSU

“NATO ilə Rusiya arasında birbaşa müharibəyə çox yaxınlaşmışıq”.

Yenicag.az xəbər verir ki, bunu “X” sosial media hesabında norveçli politoloq Qlenn Dizen yazıb.
O, Rusiya-Ukrayna müharibəsinin gələcək perspektivi barəsində qeyd edib ki, NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma yaxınlaşır.

“NATO ilə Rusiya arasında birbaşa müharibəyə çox yaxınlaşmışıq. Moskva dəfələrlə Rusiyanın Qərbdə heç kimə təhlükə törətmədiyini və Ukraynada öz maraqlarını qoruduğunu bəyan edib. Rusiya Prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, Qərb siyasətçiləri diqqəti daxili problemlərdən yayındırmaq üçün mütəmadi olaraq öz əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxudurlar. Rusiya dövlətinin başçısı Moskvanın Şimali Atlantika Alyansı dövlətlərinə hücum etmək fikrində olmadığını ətraflı izah edib”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29