NATO İrana xəbərdarlıq etdi

“Heç bir ölkə Rusiyanı silahla təmin etməməlidir”.

Yenicag.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, silah ehtiyatı azaldığına görə Rusiya digər ölkələrdən silah alır.

Baş katib buna nümunə kimi İrandan alınan silahları göstərib./Report/