NATO Latviyada hərbi təlimlərə başlayır

Bu gün Latviyada NATO-nun “Summer Shield” beynəlxalq hərbi təlimləri başlayır.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, təlimlər “Adaji” poliqonunda keçiriləcək.

Təlimlərə Latviya, Litva, Estoniya, ABŞ, Kanada, Böyük Britaniya, Lüksemburq, Bolqarıstan, Rumıniya, Slovakiya, Almaniya və İsveçin hərbçiləri qatılacaq. Təlimlər aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, “Summer Shield” beynəlxalq hərbi təlimləri Latviyada 2004-cü ildən etibarən keçirilir.

Yeniçağ.Az