NATO-nun baş auditoru Belçikada ölü tapılıb

belcika_polisiNATO-nun baş auditoru İv Şandelon Belçikanın Anden şəhərində ölü tapılıb. 

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, məmur odlu silahla intihar edib. Lakin onun ailəsi bu versiyanı qətiyyətlə inkar edir.

60 yaşlı İ.Şandelon NATO-da terrorçuluğun maliyyələşdirilməsinə qarşı məsələlərlə məşğul olurdu. Yaxınları son zamanlarda onun qəribə telefon zəngləri aldığını iddia ediblər.

Məmurun meyiti iş yerindən 140 metr məsafədə və yaşadığı şəhərdən 100 km aralıda aşkar edilib.

İstintaq bütün versiyaları araşdırır.

Yenicag.az

COP29