Münhen Təhlükəsizlik Konfransına NATO-nun baş katibi Yens Stoltenberqin rəhbərlik edəcəyi iddia edilib.
Yenicag.az xəbər verir ki, Almaniya mediasının məlumatına görə, NATO baş katibi vəzifəsini tərk edəcək Stoltenberqin 2025-ci ildə Münhen Təhlükəsizlik Konfransının sədri postunda Kristof Heusgeni əvəzləyəcəyi iddia edilib.
Xəbərlərdə Münhen Təhlükəsizlik Konfransı Fondu Qəyyumlar Şurasının bu istiqamətdə qərar verməyə hazırlaşdığı iddia edilirdi.
Belə ki, xəbərdə ilk dəfə olaraq Münhen Təhlükəsizlik Konfransı sədrinin alman olmayacağı və Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinqerin Stoltenberqin Münhen Təhlükəsizlik Konfransının sədri təyin olunmasını şərh etdiyi bildirilib.
NATO-nun baş katibi Stoltenberq vəzifəsini oktyabrın 1-də Hollandiyanın keçmiş baş naziri Mark Rutteyə təhvil verəcək.
Heusgen 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransının sədri təyin edilib.
Nəsimi Ələsgərli