NATO-nun baş katibi postuna QADIN İDDİASI: Stoltenberqin xələfi kim olacaq?

Estoniyanın baş naziri NATO-nun yeni baş katibi olmaq variantına müsbət yanaşır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Estoniyanın baş naziri Kaya Kallas bu barədə “Politico” nəşrinin düzənlədiyi Müdafiə Forumunda danışıb.

Kallas alyansın fəaliyyətdə olan baş katibi Yens Stoltenberqdən sonra NATO-nun yeni rəhbəri olmaq variantı haqda sualı cavablandırıb:

“Bir müddət əvvəl belə bir zarafat eşitdim ki, NATO-nun növbəti baş katibi postuna alyansın “yeni üzvü”nün, yəni blokda 20 ildir, təmsil olunan, müdafiə xərcləri Ümumi Daxili Məhsulun 2 faizini təşkil edən dövlətin təmsilçisi gəlməlidir və həmin şəxsin qadın olması çox münasibdir. Ancaq yeni baş katibin Mark Ryutte (Niderlandın baş naziri) olması daha məntiqlidir”.

Bununla belə, Kallas NATO-nun baş katibi postuna onun öz namizədliyinin nəzərdən keçirilməsinin əleyhinə olmadığını bildirib.

COP29