NATO-nun Baş katibi Türkiyəyə səfər edəcək

Noyabrın 25-də NATO-nun Baş katibi Mark Rütte Türkiyəyə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

Rüttenin səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə görüşləri planlaşdırılıb.

“Baş katib Türkiyə müdafiə sənayesi nümayəndələri ilə görüşəcək və Türk Hava Yolları Sənayesinin (TUSAŞ) obyektlərinə baş çəkəcək. O həmçinin Anıtqəbirə, Atatürkün məqbərəsinə əklil qoyacaq”, – məlumatda qeyd olunub./Qafqazinfo/

COP29