“Ukraynanın uzunmüddətli dəstəyə ehtiyacı olacaq”.
Yenicag.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv dövlətlərə müraciət edərək bildirib.
“Buna hazır olmağa çağırıram”, – o vurğulayıb.
Baş katib qeyd edib ki, 13 həftəlik müharibə zamanı Rusiya çox ciddi straterji səhvlərə yol verib: “Kremlin başçısı Valdimir Putin özünün sürətli işğal planını həyata keçirə bilmədi. Eyni halda Ukrayna müqavimət göstərməyə hazır və imkanı olduğunu sübut etdi”.
Y.Stoltenberq söyləyib ki, NATO-nun əsas, vacib tapşırığı uzunmüddətli perspektivdə Ukraynaya yardım etməkdir: “Bu səbəbdən müttəfiqləri təchizat ehtiyatlarını artırmağa çağırıram. Müharibə uzunmüddətli olacaq. Ona görə də NATO-nun ilk vəzifəsi Ukraynaya uzun müddətə dəstək verməkdir. Çünki bu, getdikcə daha çox yorucu müharibə olur”.
Baş katib xatırladıb ki, NATO münaqişənin heç bir tərəfində deyil və gərginliyin artmasını istəmir.