2023-cü ildə Böyük Britaniya səfirliyi Rumıniya səfirliyi ilə birlikdə Gürcüstanda NATO-nun əlaqələndiriciləri kimi fəaliyyət göstərəcək.
Yenicag.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra Tbilisidə keçirdiyi brifinqdə bildirib.
O vurğulayıb ki, NATO Gürcüstan üçün xüsusi paket hazırlayıb.
Kleverli əlavə edib ki, tərəflər arasındakı əməkdaşlıq sırf hərbi sahədən kənara çıxaraq kibertəhlükəsizlik və “dezinformasiya ilə mübarizə” sahəsini də əhatə edəcək.