NATO-nun hərbi təlimləri başladı

Rumıniyadakı Smirdan hərbi bazasında başlayan “Ədalət Qartalı 22.II” təlimində təxminən 700 Rumıniya, Hollandiya, Polşa, Portuqaliya, Amerika və Fransa hərbçiləri iştirak edir.

Yenicag.az xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin məqsədi müttəfiqlər arasında etimad mühitini və əməkdaşlıq keyfiyyətlərini artırmaqdır. Təlimlərə 80 texnika cəlb olunub. Sentyabrın 18-dən 23-dək davam edəcək./Unikal/