NATO ölkəsindəki rusiyapərəst siyasətçi xanımı ilə Moskvaya qaçdı

Moskvdana idarə olunan Rusiyameyilli siyasətçi çıxış yolunu hamilərinə sığınmaqda gördü.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Estoniyada fəaliyyət göstərən və Rusiyapərəstliyi ilə seçilən “Koos” partiyasının sədri Oleq İvanov öz xanımı ilə birlikdə Moskvaya qaçıb.

Məlumata görə, Rusiyaya üz tutan siyasətçi öz tərəfdarlarına partiyanı “məsafədən idarə edəcəyini” deyərək, onları növbəti seçkilərə qatılacağına inandırmağa çalışıb:

“Yerli özünüidarəetmə orqanlarına və Avropa Parlamentinə seçilməyimizin qarşısını almaq üçün bizə təzyiq göstərirlər.

Pauza götürmək və bundan sonra necə irəliləyəcəyimiz haqda bir qədər fikirləşmək üçün xanımımla səyahətə çıxdım. Biz on ölkəni gəzdikdən sonra Rusiyaya gəldik.

Rusiyaya gəlməyimizin bir səbəbi də 9 May bayramını doğru-düzgün qeyd etmək istəyi oldu”.

COP29