“NATO qoşunlarının Ukraynada olması Rusiya üçün təhlükədir” – Lavrov

NATO qoşunlarının Ukrayna torpaqlarında olması Rusiya üçün təhlükədir.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.

“Əgər NATO-nun genişlənməsi Donald Tramp tərəfindən əsas səbəblərdən biri kimi tanınırsa, o zaman NATO qoşunlarının Ukrayna torpaqlarında istənilən bayraq altında, istənilən statusda olması bizim üçün bərabər təhlükədir”, – deyə nazir qeyd edib.

Nazir Rusiyanın Ukraynada sülhməramlılar qismində NATO hərbçilərini heç şərtlərlə qəbul etməyəcəklərini bildirib: “Heç bir halda. Heç kim bizimlə bu barədə danışmır. Onlar təkid etməkdə davam edirlər ki, Kiyevsiz Ukrayna ilə bağlı heç nə mümkün deyil, lakin Moskvasız Rusiyaya qarşı hər şeyi edirlər. ABŞ prezidenti Donald Trampa sülhməramlılarla bağlı sual verildikdə, o, cavab verdi ki, bunu müzakirə etmək hələ tezdir, lakin adətən bütün tərəflərin razılığı tələb olunur. Niyə biz sülhməramlı qüvvələrlə və ya hər hansı sülhməramlı qrupla razılaşmalıyıq? Onlar istəyirlər ki, bu qüvvə bizi düşmən elan etmiş ölkələrdən ibarət olsun. Onlar ora sülhməramlılar kimi gələcəklər?”/unikal