“Gərgin Qərb-Rusiya münasibətlərinin digər regionlara da təsiri mütləq müşahidə ediləcək”.
Yenicag.az xəbər verir ki, bunu hərbi ekspert Vasili Dandıkin NATO sammitində Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə hücumları ilə bağlı xəbərləri şərh edərkən deyib.
“Kiyev və Vaşinqton Rusiyaya qarşı hərbi tədbirləri sərtləşdirməyə hazırlaşır. ABŞ getdikcə münaqişəyə daha çox cəlb olunur. F-16 döyüş təyyarələrinin Ukraynaya verilməsi bunu deməyə əsas verir. Hətta artıq həmin qırıcılar Ukraynadadır.
NATO raketləri artıq Rusiya ərazisini vurur. Məsafənin artırılması eskalasiyanın yeni təhlükəli mərhələsinə keçidi deməkdir. Gərgin Qərb-Rusiya münasibətlərinin digər regionlara da təsiri mütləq müşahidə ediləcək. Ukrayna və Belarus sərhədində, həmçinin Gürcüstan və Ermənistanda təxribatların olması mümkündür. Bir sözlə, yay və payız fəsli kifayət qədər aktiv proseslərlə müşayiət olunacaq”, – deyə hərbi ekspert qeyd edib.
Nəsimi Ələsgərli