NATO rəsmisi Azərbaycan və Ermənistan münasibətlərindən danışdı

NATO Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir.

Yenicag.az xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

Kolomina Azərbaycan tərəfindən 5 erməni hərbçisinin heç bir vasitəçi olmadan qarşı tərəfə təhvil verilməsini yaxşı xəbər adlandırıb.

“NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, – Stoltenberqin xüsusi nümayəndəsi qeyd edib./Unikal/