NATO-Rusiya gərginliyini artıracaq ADDIM: İspaniya rus gəmilərinə embarqo qoydu

İspaniya Rusiya hərbi gəmilərinin Afrikanın şimal sahilindəki Seuta limanına daxil olmasına icazə verməyib.

Yenicag.az xəbər verir ki, İspaniyanın “El Pais” nəşrinin yazdığına görə, Rusiya tərəfi “Vitse-Admiral Kulakov” böyük sualtı qayıq əleyhinə gəmisi və “Altay” yedək gəmisi üçün 18-20 avqust tarixlərində icazə istəyib.

İspaniya Müdafiə Nazirliyi sənədin verilməsində heç bir maneə görməsə də, ölkənin Xarici İşlər Nazirliyi əlavə olaraq Moskvadan kampaniyanın son məqsədi barədə soruşub.

Nəşr hesab edir ki, nazirlik bununla Rusiya gəmilərinin marşrutu ilə bağlı hər hansı ziddiyyətli vəziyyətdən yayınmaq istəyib və heç bir cavab almadığı üçün ərizəni rədd edib.

Məqalədə 2022 -ci ilin yazında keçiriləcək NATO zirvəsinin təşkilatçısı olacaq Madridin bu mövqeyinin siyasi mahiyyətindən də bəhs edilir.