Finlandiyanın Rusiya ilə sərhəd yaxınlığındakı Mikkeli şəhərində NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “İltalehti” qəzeti məlumat yayıb.
Məlumata görə, müvafiq qərar yaxın günlərdə elan ediləcək.
Qeyd edək ki, dünən Finlnadiyanın öz ərazisində NATO qoşunlarını yerləşdirmək məqsədilə alyansın bir neçə üzvü ilə danışıqlar aparması barədə məlumat yayılmışdı.