NATO qoşunları Ukrayna münaqişəsində, o cümlədən Ukrayna ərazisində Rusiya təyyarələrinin və raketlərinin vurulmasında birbaşa iştirak etməməlidir.
Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın TSN telekanalının efirində bildirib.
“NATO-nun siyasəti dəyişməzdir. Biz o münaqişədə iştirak etməyəcəyik… Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO birbaşa iştirak etməyəcək”, – Stoltenberq deyib.
NATO-nun baş katibi həmçinin vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə davam edəcək, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirəcək.
Onun sözlərinə görə, NATO müttəfiqləri F-16 qırıcılarını mümkün qədər tez Kiyevə çatdırmaqda qərarlıdır.