!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO Rusiyanı mühasirəyə alır

!Reklam – Yazi

ABŞ-ın VI donanmasının sabiq komandanı admiral James Foqqonun Amerika hərbi gəmilərinin 4 aya qədər Qara dənizdə qala biləcəklərilə bağlı açıqlaması Rusiyada ciddi əks-səda yaradıb. Moskva ABŞ-ın bu hərəkətinə ciddi reaksiya göstərib.

ABŞ-la Rusiya arasındakı Ukrayna böhranı və Moskvanın Krımı ilhaq etməsinin ardından Qara dəniz NATO ilə Kreml arasında ciddi gərginlik mərkəzinə çevrilib. NATO qaynaqları, Rusiyanın Qara dənizdəki gücünün 4-5 qat artdığını bildirərək buna laqeyd qalmayacaqlarını deyiblər. 2014-cü ildən bu yana Rusiya Qara dənizdə öz hərbi qüdrətini gücləndirməyə başlayıb, burada S-400 raketlərini yerləşdirib. Buna cavab olaraq, ABŞ Rumıniyada yerləşən əsgərlərinin sayını artırdı. Və Rusiyanın etirazına baxmayaraq, Rumıniyadakı mərmi müdafiə qalxanını aktiv hala gətirdi. ABŞ yenilənən radar sisteminə və SM-2 hava hücumundan müdafiə sisteminə 800 milyon dollar xərcləyib. Bundan başqa 4 minə qədər ABŞ əsgəri fevral ayından etibarən, Baltikyanı ölkələrdə, Polşa və Rumıniyada yerləşdiriləcək.

Qara dənizdə belə bir gərginlik yaşanarkən Türkiyə də ABŞ-la Rusiya arasında cərəyan edən bu ziddiyyətdən narahatdır.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında geosiyasi şərhçi Vüqar Zifəroğlu bildirdi ki, Türkiyə NATO-nun üzvü olan bir ölkə olaraq ABŞ-la Rusiya arasında Qara dənizdə gərginliyin yaranmaması üçün vasitəçilik missiyasını öz üzərinə götürə bilər:

Vüqar Zifəroğlu ile ilgili görsel sonucu“Amma Qara dənizə çıxışı olan Ukrayna probleminə baxışda bir konkretlik var. Və bu da ondan ibarətdir ki, problem beynəlxalq hüququn subyekti olan dövlətin – Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə ilə Rusiya münasibətlərində yaxınlaşmanın səviyyəsindən asılı olmayaraq, Ankaranın Ukrayna ilə bağlı bəlli mövqeyi vardır. Qara dəniz məsələsi isə həmişə NATO ölkələri üçün prioritet məsələ olub. Soyuq savaş dönəmindən başlayaraq, Qərb, hər zaman Qara dəniz məsələsinə ciddi önəm verib. Həmçinin, Qara dəniz akvatoriyasında Qərbin mövqeyinin güclənməsində Türkiyə faktorunun önəmli rolu olub. Lakin düşünmürəm ki, ABŞ-ın VI donanmasının bir müddət Qara dənizdə qalması NATO ilə Moskva arasında münasibətlərin daha kəskin hal almasına səbəb olsun. Digər tərəfdən, Türkiyənin Amerika ilə Rusiya arasında vasitəçilik missiyasını üzərinə götürməsi mümkündür. Türkiyə Suriya məsələsilə bağlı Astana görüşünə Vaşinqtonun da dəvət edilməsini təklif edib və Moskva da buna razılıq vermişdi. Yəni belə məqamlarda Türkiyə müəyyən hallarda loyallıq göstərərək, körpü rolunu oynaya bilər. Bu da əslində, Türkiyəyə həm Qərb, həm də Rusiya ilə münasibətlərində ciddi manevr imkanları qazandırar. Bu gün Türkiyənin Avropa ilə münasibətlərinin son dərəcədə soyuq olduğunu nəzərə alsaq, Vaşinqton-Moskva münasibətlərində əlavə manevr imkanlarının əldə edilməsi Ankaraya müəyyən dividentlər qazandırar”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv