NATO rusları ittiham etdi

246NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, general Filipp Bridlav qondarma Donetsk Xalq Respublikasının liderlərini atəşkəsi pozmaqda ittiham edib.

Yenicag.az avropa.info-ya istinadən bildirir ki, bu barədə o, özünün twitter səhifəsində yazıb.

“Ukraynadakı situasiya ilə bağlı narahatlığımı bildirirəm. Çünki separatçılar Debaltsovada atəşkəs rejimini pozurlar”, – deyə general qeyd edib. Onun sözlərinə görə, separatçılar həmçinin, ATƏT müşahidəçilərinin bölgəyə girişini əngəlləyirlər.

Qeyd edək ki, az öncə qondarma qurumun başçıları şəhərin 2/3-nə nəzarəti ələ keçirdiyini bəyan ediblər.

Tərəflər arasında atəşkəs rejimi rəsmən fevralın 15-i, saat 00:00-dan qüvvəyə minib.

COP29