NATO təcili toplanır – SƏBƏB

Xəbər verdiyimiz kimi,  dünən Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Yenicag.az xəbər verir ki, bu hadisələrə görə NATO-nun baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. Onlar yaranmış vəziyyəti müzakirə edib.

Qeyd edək ki, NATO Azov dənizinin Kerç boğazında baş verən hadisələrə görə fövqəladə toplantı keçirəcək. İclas bu gün Brüsseldə baş tutacaq.

 

COP29