NATO Türkiyədə uçuş təlimi keçirdi – VİDEO

Türkiyədə NATO qüvvələri ilə birgə taktiki səviyyədə döyüş təyyarələri təlimləri keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter ” səhifəsində məlumat yayıb.

“NEXUS ACE-nin müntəzəm təlimləri çərçivəsində uçuş tapşırıqlarını Hərbi Hava Qüvvələri Komandanlığı təyyarəmiz və NATO-nun E-3A AWACS (uzaq mənzilli radar müşahidə təyyarəsi – red.) yerinə yetirib”, – məlumatda deyilir.