“NATO Türkiyəsiz hərəkət edə bilməz” – Baş Nazir

“NATO-nun geosiyasi və strateji baxımdan Türkiyəyə ehtiyacı var”.

Yenicag.az xəbər verir ki, bunu Niderlandın Baş Naziri Mark Rutte “Türkiyə olmadan NATO daha da güclənəcək” iddiasına münasibət bildirərkən deyib.

O bildirib ki, Türkiyə NATO-nun ən güclü üzvlərindən biridir:

“Bu, bizim Şərqlə olan münasibətlərimizə kölgə sala bilər. NATO-nun geosiyasi və strateji baxımdan Türkiyəsiz  hərəkət edə biləcəyini zənn etmirəm. Bu istiqamətdə təhlükə yaradacaq ehtimalları minimuma endirmək üçün ciddi tədbirlər görülməlidir.”