NATO bu gün Ukraynaya yeni hərbi yardımın, o cümlədən ağır silahların və uzaqvuran artilleriyanın ayrılmasını bəyan edəcək.
Yenicag.az “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir kİ, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO Ukrayna ordusunun postsovet silahlarından Alyansın silahlarına tam keçidi planını hazırlayır.