NATO-ya daha bir ölkə qəbul olunub

96b41eb3a1f9813aebc814479f542906NATO ölkələrinin xarici işlər nazirləri Monteneqronun alyansa qəbulunu təsdiqləyiblər.

NATO baş katibi Yens Stoltenberq bu münasibətlə Monteneqronu təbrik edərək bunu çox gözəl birliyin başlanğıcı kimi dəyərləndirib.

Qeyd edək ki, Monteneqro NATO-nun 29-cu üzvü olmaq şansı qazanıb. Ölkənin alyansa qəbulu proseduru 1,5 il çəkə bilər. Rusiya Monteneqronun NATO-ya üzvlüyü ilə bağlı aparılan danışıqlara qarşı çıxış edir(APA)