NATO-ya qadın rəhbər gəlir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Yens Stoltenberqin gedişindən sonra NATO-ya rəhbərlik edə bilər.

Bu barədə Britaniyanın “The Sun” nəşri öz mənbələrinə istinadla yazıb.

“Diplomatik mənbə bildirir ki, NATO üzvü olan bir sıra ölkələr ona (Ursula fon der Lyayenə – red.) bu ilin oktyabrında alyansın idarəçiliyini təhvil almağı təklif ediblər”, – deyə nəşr yazır.
Qeyd edilir ki, Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. O, doqquz ildir ki, alyansa rəhbərlik edir.

Bununla belə, Böyük Britaniya fon der Lyayenin Almaniya Silahlı Qüvvələrinin başında olan zəif nəticələrini əsas gətirərək onun namizədliyinə veto qoya bilər.