NATO yaxın günlərdə Kiyevə yüzlərlə dron əleyhinə vasitə verəcək

Şimali Atlantika Alyansı tezliklə Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün yüzlərlə texniki vasitə verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Berlin Xarici Siyasət Forumunda çıxışı zamanı bildirib.

“NATO yaxın günlərdə Ukraynaya pilotsuz təyyarələrlə mübarizə sistemləri, yüzlərlə aktiv maneə stansiyaları tədarük edəcək”, – alyansın baş katibi deyib./Yenisabah/